Pişik 50 dəfə sahibinin həyatını xilas etdi

Uolter adlı pişik öz sahibi Heyzer Parkini 50 dəfı şəkər tutması zamanı ölümdən qurtarıb.

Oxu.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, pişiklərin iybilmə qabiliyyəti insandan 14 dəfə çox olduğu üçün Uolter şəkərin azalması nəticəsində qadının bədənində kimyəvi dəyişikliklərin qoxusunu ala bilir.

Şəkərin səviyyəsinin düşməsi insanda qıcolmaya və ya komaya yol aça bilər.

Buna görə də təhlükə hiss edən kimi Uolter yatan sahibinin üstünə çıxaraq onu oyatmağa çalışır.

Share: