“Pivə içmək insanı sosiallaşdırır” – İçkinin tarixi haqqında maraqlı FAKTLAR

Pivə insanlıq tarixi qədər keçmişi olan bir qədim içki sayılır. Səkkiz min il əvvəl misirlilərin çörək çıxarmaq üçün arpanı islah etmə işləri nəticəsində ərsəyə gəldiyi iddia edilən pivə bu gün ən çox içilən spirtli içkilərdən biri sayılır. Ölkələrdə olduqca sevilən pivənin çıxarıldığı yerə görə növləri var.

Xüsusilə yay aylarında daha çox içilən pivə haqqında bir çox maraqlı faktlar mövcuddur.

Milletinsesi.az musavat.com-a istinadən bildirir ki, pivə mədəniyyətinin tarixi qədim Mesopotamiyaya qədər uzanır və gündəlik qidalanmada mühüm rol oynayıb. Pivə buğda, arpa, mayaotu, yulaf, çovdar, darı, düyü, qarğıdlı kimi dənli bitkilərin səmənilərindən istehsal edilir. Amma əksər pivə istehsalçıları onun hazırlanmasında ən çox arpa səmənisinə üstünlük verirlər.

Qədim Tarix Ensiklopediyasına görə, qaynama zamanı zərərli mikroorqanizmlər öldüyü üçün və digər içkilərdə tapılmadığı qida maddələri olduğuna görə pivənin sudan daha sağlam olduğuna inanılır.

Pivə hazırlamaq Şumer ilahəsi Ninkasinin də dini ritualının bir hissəsi olub. Ninkasi, Mesopotamiyanın pivə Tanrıçası idi və insanlara pivə hazırlamaq sənətini öyrədirdi. Ninkasini pivə Tanrıçası kimi tanıyan şumerlər, pivənin necə hazırlandığını izah edən “Ninkasi himni” adlanan musiqi ilə gələcək nəsillərə pivənin təsvirini şifahi şəkildə çatdırırdılar.

Bəzi pivə mütəxəssisləri pivənin sivilizasiyanın yüksəlişi ilə əlaqəli olduğunu iddia edirlər. Maya həmişə pivənin hazırlanmasının ayrılmaz bir hissəsi olub. Lakin insanlar 19-cu əsrə kimi fementasiyanın necə baş verdiyini bilmirdilər. Maya şəkəri metabolizə etdiyi zaman və alkoqol ilə karbonasiyaya çevrilərkən fermentasiya baş verir.

ABŞ-da 1919-cu ildəki qadağanın qüvvəyə minməsindən 1978-ci ildə Cimmi Karterin (ABŞ-ın 39-cu prezidenti) pivə istehsalına vergi tətbiqinə qədər federal qanun evdə pivə istehsalını məhdudlaşdırdı və qadağan etdi.

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton da evdə hazırlanan pivə həvəskarı olub.

Dünyada ən çox pivə istehsalı Almaniyada olsa da ən çox içilən ölkə Çexiyadır. İkinci yerdə Avstraliya, Almaniya isə üçüncü yerdədir. İsveçrəli alimlərin araşdırmasına görə, pivə içmək insanı sosiallaşdırır. Pivənin üzərindəki köpük onun sərin qalmasına kömək edir və mantiya rolunu oynayır. 

2007-ci ildən bu günə kimi hər ilin avqust ayında pivənin yaranması ilə bağlı dünyada festivallar baş tutur.

1814-cü ildə nəhəng bir pivə barelinin partlaması nəticəsində 388 min gallon, təxminən 1,4 milyon litr pivə London küçələrinə axmışdı.

Danimarkalı fizik Niels Boh Nobel mükafatını alanda “Carlsberg” pivə zavodu ona pulsuz ömürlük pivə verdi.

Pivə haqqında bu kimi maraqlı faktlar tarixdə çoxdur. Onlardan bir neçəsini və maraqlı olanları sizlərə təqdim etdik.

Share: