Piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı

Piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı

Xaçmaz rayonunda 52 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Millətin Səsi.az xəbər verir ki, hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib.

Rayonun Köhnə-Xaçmaz kənd sakini, 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share: