Poçettino səhvini boynuna aldı

Poçettino səhvini boynuna aldı

“Birinci hissəyə yaxşı başlamadıq. “Ayaks” daha çox enerjili idi. Onlara qarşı oynamaq çətin idi. Qol buraxdıqdan sonra öz oyunumuzu oynamağa başladıq. Sissokonun meydana daxil olması oyunumuzu daha da hərəkətli etdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinalında evdə “Ayaks”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“İkinci hissədə daha yaxşı oynadıq və qol epizodları yaratmağa başladıq. Bərabər səviyyəli oyun idi. Amsterdamda qalib gələcəyimizə inanmalıyıq” – deyə o bildirib.

Argentinalı mütəxəssis oyunun startında seçdiyi sxemlərin səhv olduğunu qəbul edib: “İndi oyunu qiymətləndirərək deyə bilərəm ki, bizim 5 müdafiəçi ilə oynamağımız səhv idi. Amma bizdə çox variant yox idi. Fərqli bir şəkildə başlasaydıq, nələr olacağını bilmirəm”.

O, daha sonra bildirib: “Mən məmnun deyiləm. Enerjimiz aşağı idi. Bu komandanın baş məşqçisi mənəm və nəticəyə görə məsuliyyət daşıyıram”.

Share: