Podolyak: Bizə bu silahlar lazımdır…

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak ölkəsinə lazım olan silahlar barədə məlumat verib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

“Müharibənin hər mərhələsi müəyyən bir silaha ehtiyac yaradır. Rusiya rezervlərinin işğal altındakı torpaqlarda cəmləşdirilməsindən sonra Ukrayna və müttəfiqləri üçün dəqiqləşdirmələrə gərək duyulur. Buna görə də artıq tank koalisiyası (logistika, təlim, təchizat) var və uzun mənzilli raketlər və qırıcı təyyarələrin təmin olunması mövzusunda hazırda danışıqlar gedir”, – deyə o qeyd edib.

 

 



Mənbə

Share: