
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak növbəti dəfə rəsmi Kiyevin Rusiya Federasiyası ərazisində baş verən insidentlərdə – Bryansk vilayətindəki hadisələrdə və PUA hücumlarında iştirakını təkzib edib.
Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.
“Kritik obyektlərdə partlayışlar, naməlum PUA-ların Rusiya Federasiyasının regionlarına hücumları, toqquşmalar, yaşayış məntəqələrinə partizanların hücumları – bütün bunlar Rusiya Federasiyası daxilində nəzarətin itirilməsinin birbaşa nəticələridir. Müharibənin nəticələri isə… Ukrayna Rusiya Federasiyasındakı daxili münaqişələrdə iştirak etmir…”, – deyə müşavir qeyd edib.
Qeyd edək ki, dünən də Podolyak Rusiya Federasiyasının ya partizan müharibəsi ilə üzləşdiyini, ya da bunun qəsdən törədilmiş təxribat olduğunu bildirmişdi.