“İgidlərimizi əymək istəyənlər olsa belə, onlar əyilmədilər, əyilməməlidirlər. Şəhidlərimiz, qazilərimiz, igidlərimiz bizim qəhrəmanlarımızdır”.
Modern.az xəbər verir ki, bunu şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlunun məzarını ziyarət edərkən deyib.
Şəhid anası qeyd edib ki, iki il keçməsinə baxmayaraq, bizim yaramız hələ də təzədir:
“Valideynlər üçün çox çətindir. Dərdi çəkən bilər, başqa heç kim bilə bilməz ki, biz nələr çəkirik. Allah şəhidlərimizə rəhmət eləsin. Mən başqa bir söz deyə bilmərəm”.
Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.