Polis iki sakindən TOZ-16 silahları aşkarladı

Göyçay rayonunda qanunsuz silah saxlayan şəxslər tapılıb.

Milletinsesi.az-ın bölgə müxbiri xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Keçirilən əməliyyat zamanı Alıkənd kənd sakinləri E.Qasımov və onun qardaşı oğlundan 2 ədəd TOZ-16 markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Share: