Polislərlə İmran Xanın tərəfdarları arasında toqquşma

Polislərlə İmran Xanın tərəfdarları arasında toqquşma

Pakistanın sabiq baş naziri İmran Xanın dəstəkçiləri ilə polislər arasında toqquşma yaşanıb.

 

Modern.az Pakistan mətbuatına istinadən xəbər verir ki, tərəfdarları siyasətçinin həbs edilməsinə imkan verməyiblər.

 

Bildirilib ki, insident zamanı azı 62 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

***

11:52

 

Pakistanın sabiq baş naziri İmran Xanı növbəti dəfə həbs etmək mümkün olmayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, polislər onun iqamətgahına daxil olmağa çalışsa da, siyasətçinin tərəfdarları buna imkan verməyib.

 

Bildirilib ki, Xanın partiyadaşları onun iqamətgahının ətrafında keşik çəkir və polislərin binaya daxil olmasına mane olurlar.

 

Qeyd edək ki, 2018-2022-ci illərdə Pakistanın baş naziri olmuş “Təhriki-İnsaf” partiyasının lideri İmran Xan yüksək dəyərə malik hədiyyələri qəbul etməkdə ittiham olunur.

Mənbə

Share: