Polşa Belarus sərhədinə əlavə qoşun toplayıb.
Modern.az xəbər verir ki, bu barədə PaP agentliyi məlumat yayıb.
Polşa daxili işlər nazirinin müavini Macey Vasik bildirib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəsini gücləndirib. Sərhədə əlavə 1000 hərbçi cəlb edilib.
Vasik Belarus sərhədində Polşa əsgərlərini hədəf alan təcavüzün səviyyəsinin artdığını qeyd edib.
Qeyd edək ki, Polşa hakimiyyəti son həftələr sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı tədbirləri gücləndirib.