ABŞ Prezidenti Co Bayden fevral ayında Mərkəzi Avropaya səfər edəcək, lakin hansı ölkələrə səfər edəcəyi bir neçə gündən sonra məlum olacaq.
Bu barədə Polşa Prezidenti Andjey Duda və Latviya Prezidenti Egils Levits Riqada keçirdikləri birgə mətbuat konfransında deyiblər.
“Biz Prezident Baydenin səfərini gözləyirik. Prezident Bayden yəqin ki, fevralda Avropanın bizim olan hissəsinə gələcək”, – Duda deyib.
O, eyni zamanda, əlavə edib ki, Mərkəzi Avropa Rumıniyadan Estoniyaya qədər olan əraziləri əhatə edir və beləliklə onun hansı ölkəyə səfər edəcəyi qeyri-müəyyəndir.
“Bizdə belə bir məlumat yoxdur. Ola bilsin ki, yaxın günlərdə bu haqda məlumat əldə edək”, Duda qeyd edib.
Dudanın sözlərinə görə, belə bir səfərdə təhlükəsizlik ciddi məsələsidir, ona görə də onun təfərrüatları gizli saxlanılır.
“ABŞ Prezidentinin belə çətin bir zamanda Avropanın bu hissəsinə – Ukraynada hərbi əməliyyatların aparıldığı yaxın əraziyə səfəri bizim təhlükəsizliyimizin möhkəmləndirilməsidir”, – Polşa Prezidenti vurğulayıb.
Latviya Prezidenti isə vurğulayıb ki, Baydenin bu səfəri bütün müttəfiqlər, eləcə də Rusiya üçün çox vacib siqnal olacaq.