Polşa öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

Polşa öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

Polşa hökuməti ölkə vətəndaşlarını Belarusu tərk etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

 

Rəsmi Varşava xəbərdarlıq edib ki, iki dövlət arasında münasibətlər getdikcə gərginləşdiyi üçün Belarusdakı Polşa vətəndaşları ölkəni tərk etməlidir.

 

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkədə terror aktları törətmək üçün Polşa, Litva və Ukraynada silahlılar hazırlanır. Onun sözlərinə görə, Polşa ABŞ-dan nüvə silahı saxlamağı xahiş edir və Polşa qoşunları “iki-üç saat ərzində” Belarusla sərhədə yaxınlaşa bilər.

 

Akif İsmayılov 

Mənbə

Share: