Polşa Belarusla sərhədini bağlayır.
Bu barədə Polşa hökuməti məlumat yayıb.
İyunun 1-dən Rusiya və Belarusda qeydiyyatda olan yük maşınlarının Polşaya girişi qadağan olunur.
“İyunun 1-i (cümə axşamı) sat 00:00-dan etibarən Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular və avtomobil qatarları üçün Belarus Respublikası ilə sərhəddən yüklərin daşınması; növbəti xəbərdarlığa qədər dayandırılacaq”, – deyə sənədin mətnində deyilir.