Polşa Xarici İşlər Nazirliyi (XİN) ölkənin şərqindəki partlayışa görə, Rusiya səfiri Sergey Andreevə nota verib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Lukaş Jasina bildirib.
“Nazir Zbiqnev Rau səfirə mövcud vəziyyəti və bütün məsələyə münasibətimizi təsvir edən diplomatik notanı təqdim etdi. Səfir notanı götürərək Xarici İşlər Nazirliyindən ayrıldı”, – Yasina deyib.
Onun sözlərinə görə, Rusiya səfiri XİN-də 4 dəqiqə olub və ona ölkənin etirazı çatdırılıb.
Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonradan məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən atılıb.