Polşa Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə yeni ekspert missiyası hazırlayır. Missiya Rusiya hərbçilərinin Ukraynadakı hərbi cinayətlərini sənədləşdirəcək.
Bu barədə Ukrayna Baş Prokurorluq Ofisinin mətbuat xidməti məlumat yayıb.
Polşalı mütəxəssislərin Ukraynaya gəlməsi ilə bağlı Ukraynanın baş prokuroru Andrey Kostin və Polşanın ədliyyə naziri Zbiqnev Zebro görüş zamanı razılığa gəliblər.
“Bizim üçün Polşanın dəstəyi olduqca dəyərlidir. Litva ilə birlikdə Ukraynada Rusiya tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılması ilə bağlı Birgə İstintaq Qrupunun həmtəsisçisi olması bizim üçün çox önəmlidir. Biz ədalətin bərpası yolunda birgə fəaliyyət göstəririk”, – deyə Andrey Kostin bildirib.
Mənbə: ZN.ua