Polşa Ukraynaya tank verməyəcək 

Polşa təkbaşına Ukraynaya “Leopard 2” tankları tədarük etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

 

“Polşa prezidenti ilə birlikdə biz bu ağır müasir texnikanı ötürə biləcək ölkələrin daha geniş koalisiyasını qurmaq üçün danışıqlar aparırıq. Hələlik bunu deyə bilərəm. Prezident də danışıqlarda iştirak edir. Söhbətlər gedir. Mən bu barədə bir neçə həftə əvvəl Brüsseldə kansler Şolts ilə danışdım və düşünürəm ki, yaxın günlərdə bu barədə daha çox məlumat əldə edə biləcəyik”, – o deyib.

 

Qeyd edək ki, Amerika mətbuatında Polşanın Ukraynaya Almaniya istehsalı “Leopard” tankları verə biləcəyi barədə məlumatlar yayılıb.

 

Akif İsmayılov 

Mənbə

Share: