Polşalı fermerlər bu dəfə mismarlı aksiya keçirdilər

Polşalı fermerlər bu dəfə mismarlı aksiya keçirdilər

Polşalı fermerlərin Ukrayna ilə sərhəddə aksiyaları getdikcə kəskinləşməyə başlayıb. Bu dəfə onlar Rava-Russkaya-Qrebennoye keçid məntəqəsində yerə mismar və vintlər səpələyiblər.

 

Ehtimal ki, polyaklar bu yolla ukraynalı sürücülərin maşınlarını dayandırmaq istəyiblər.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və kommunal xidmət əməkdaşları yollanıblar.

Qeyd edək ki, polşalı fermerlər uzun müddətdir ki, Ukrayna ilə sərhəddə müxtəlif aksiyalar keçirirlər. 

 

Mənbə

Share: