Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yeni partiya yaratmaq niyyətindədir.
Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ukraynalı deputat İqor Kononenko deyib.
Onun sözlərinə görə, yeni yaradılacaq partiya avropayönlü kursu dəstəkləyəcək. Partiyanın Pyotr Poroşenko Blokunun bazasında yaradılacağı vurğulanıb. O, Poroşenkonun yeni partiya ilə bütün avropayönlü gücləri birləşdirmək istədiyini və birgə seçkiyə getməyə çalışdığını deyib.