13 : 28 17 aprel
   
Seçilmiş yazılar

"Həbs olunacaq" xəbəri yayılan Razim Məmmədov vəzifəyə necə getdi?- İlin sehri

1535976648_razim-memmedov
2019-03-01 18:57 Baxılıb:   190

Razim Məmmədov Azərbaycanın ən varlı icra başçılarından biri,  bəlkə də birincisidir. O, icra başçısı təyin olmamışdan öncə də elə kasıb deyildi; Sumqayıt şəhərində yüksəkmərtəbəli binaların tikintisi , iri sahələrə  malik iaşə obyektlərinin alqı-satqısından milyonlara sahib idi. İcra başçısı olmaq onun və ətrafının  varidatını rekord həddə çatdırdı..

Məmmədov Xətai rayonuna icra başçısı təyin olunanda Sumqayıtdakı bütün qohumlarını da ətrafına topladı. İlk əvvəl  rayonu tanımayan yeni başçı köhnə komandanın səriştəsindən istifadə etməliydi.

 Kifayət qədər təcrübəsi olan, birinci  müavin Zaməddin Əkbərov daha yararlı olduğundan ona toxunmadı və o,  səlahiyyətlərinin icrasını davam etdirdi. Yalnız idarəetmə məsələsində.. Malyyə məsələləri  qeyr-rəsmi  olaraq qardaşı  Mübariz Məmmədova tapşırıldı.

Yeni başçı vəzifəyə təyin olunan kimi ətrafına topladığı qohumlarına rayon ərzisindəki bütün boş torpaq sahələrini satmaq tapşırığını verdi. Fürsətdən tam yararlanmaq lazım idi və yararlandılar da.. Əsasən daha böyük sahələr "SOKAR"-ın  nəzarətində olan torpaqlar olduğundan birinci ordan başlandı.

Razim Məmmədovun ilk "elektrotok əməliyyatı"- tam qələbə

Kazımağa Kərimov küçəsindəki hektarlarla ərazi neftin nəzarətində olduğu üçün boş qalmışdı. Orada fərdi evlərin tiknitikisinə şifahi razılıq verildi və  "SOKAR"-ın Mühafizə İdarəsinin əməkdaşları  bunu əngəllədi.  Əraziyə birinci müavin Zaməddin Əkbərov və ondan artıq  icra hakimiyyətinin əməkdaşları cəlb edildi. Neftin mühafizəsinin əməkdaşları ilə icra hakimyyətinin əməkdaşları arasında qarşıdurma yarandı. Əlavə olaraq Xətai  polis  idarəsinin rəsi  və 20-yə yaxın polis əməkdaşı əraziyə cəlb edildi. Zaməddin Əkbərov hər nə olursa olsun məsələni icra hakimyyətinin xeyrinə həll etməliydi. Onun  torpağa aid heç bir sənəd təqdim edə bilməməsi və həddən artıq aqresiyyası mühafizə rəsini hövsələdən çıxardı və  Zaməddin Əkbərov söyülərək  döyüldü. Əslində tapşırıq  bu idi. Provakasiyaya çəkmək lazım olsa, onu etmək lazım idi. Hər necə olur olsun hektarlarla torpaq sahəsi əldən çıxamalı idi. Hadisə aktlaşdırıldı (O vaxt həmin ərazidə yaşayırdım, hadisənin şahidi oldum və aktı şəxsən mən yazdım)və PA səviyyəsinə qaldırıldı. Əkbərova dəyən şillə "Sokara" hektarlarla torpağa başa gəldi. Razılıq əldə edildi. "Azərneftyağ" öz hasarın daha yaxın olan yerləri qala divarları hündürlüyündə  hördürdü. Qorxurdular ki, ikinci şillənin hesabına çənlər də gedə bilər. Qalan ərazinin bir sotu isə 16500 ABŞ dollarına satıldı. İndi həmin ərazidə 250-300 ev var.

Məmmədovun digər əməliyyatı rayon ərazisində fəaliyyət göstərən iri obyekt sahiblərini sənədlrinin düzgün olmaması ilə hədələyərək onlardan külli miqrdarda vəsait tələb etməsi idi. Sahibkarlar obkeytlərinin sökülməməsi üçün yeni başçının qılıncından keçməyə məcbur oldular.

Xətai rayonu böyük rayondur. Digər ərazilərin satılması isə “BŞİH” tərəfindən qanunazidd olduğundan dayandırılmışdı. Yolların mühafizə zolaqları, binaların ümümi istifadəsində olan yaşıllıq sahələri, uşaq meydançaları, məktəb, xəstəxana və  idarələrin mühafizə zonalarında kifayət qədər torpaqlar var idi. Lakin həmin ərazildə tikinti aparmaq olmazdı. Məmmədovun ən çox nifrət etdiyi "olmaz" ifadəsi idi. Onu aradan qaldırmaq üçün sənədləşmə işini daha yaxşı anlayan və səriştəli Rafiq Quliyevdən istifə edirdii. Gələcəkdə bütün məsuliyyətdən yaxa qurtarmaq üçün "özbaşına tikil" və "mövcud tikintiyə sərəncam" verilməsi icad edildi. Yeni icad “fövqəlbaşçını” gələcək təhlükələrdən qorumaq üçün idi. Yəni, özbaşına tikilib  xəbərimiz yoxdur. Yaxud da tiklimişdi, onun varlığını təsdiq etdik. Halbuki, bir kv.m-i belə özbaşına tikmək mümkün deyil. Beləliliklə, Xataidə boş sahələrin hamısı zəbt etildi.

Razim Məmmədov kadrlar arasındakı intriqalardan da yararlanırdı. Icra hakimiyyətində hamı bir-birindən xəbər ötürməklə birinciyə yarınmağa və vəzifəsini qorumağa nail olmağa çalışırdı. Vəziyyət elə həddə çatmışdı ki, icra hakimiyyəti polis rejimində çalışırdı. İcra hakimiyyətinə müraciət edən vətəndaş da polis müşaiyəti ilə otaqlara qəbul edilirdi. Bu intirqalarda çoxu itirdi. Qazanan yenə birinici, zərərçəkənlər isə  Zaməddin Əkbərov, Teymur Məmmədov, İsmayıl və Rafiq Quliyev oldu.

Sonda yalnız Rafiq Quliyev vəzifəsini qoruyub saxlaya bildi.

Əvvələr Rafiq Quliyev Razim Məmmədovun tapşırıqlarını yerinə yetirsə də, sonradan onun qanun tanımadığını, necə gəldi idarə etməsindən qorxaraq qanunazidd əməllərdən yayınmağa çalışdı. Ağ şəhərdəki söküntülərdə birmərtəbəli evlərin  iki və üçmərtəbəli kimi göstərilməsi, vətəndaşlara verilən pulların artıq yazılaraq mənimsənilməsi üçün onlardan "jek" rəislərinin adına etibarnamə alınması, rayon ərazisindəki bütün torpaqların necə gəldi satılması Quliyevi qorxuya salmışdı. Bunlara görə o, Məmmədovun şifahi tapşırıqlarında imtina etməyə başladı. Bəlkə də Quliyev öz rəhbərini  qorumağa çalışırdı. Lakin  “Xətainin Stalini”  qanunsuz tapşırıqların yerinə yetirilməməsini  etiraz kimi qəbul ediyi üçün bunu heç cür həzm edə bilmədi və Rafiq Quliyevi işdən azad etdi. Quliyev yuxarılara onun haqlı olduğunu isbatlayıb  vəzifəsinə qayıtsa da səlahiyyətlərini itirdi.

 Bununla bitmədi.

 

İcra hakimiyyətində və rayon ərazisində olan dövlət idarələrində çalışanların heç biri ona salam verə bilməzdi. Kim ona salam versəydi aqibəti yaxşı olmurdu. Üç ildən artıq Rafiq Quliyev ona Razim Məmmədov tərəfindən yazılmış bədbəxt taleyi yaşadı. Taaki ölkə prezidenti tərəfindən tkintilərin nəzarəti yeni yaradılan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilənə qədər..

Daha əvvəl tikintilərin nəzarəti BŞİH-nə, FHN-liyinə həvalə edilmişdi. Lakin Razim Məmmədov ya onları saymadan, ya da onların yerli nümayəndələri ilə dil taparaq qanunsuz tikntilərin həyata keçirilməsinə nail olurdu. Məsələn, Məmmədov FHN-nin generalını ələ almaq üçün ona Cavanşir küçəsində saxta sərəncamla 1200 kv.m qeyri-yaşayış obyektinin tikintisi üçün torpaq sahəsi hədiyyə edib. Onun yaxınlğında ölkənin birinci xanımına yaxınlığı iddia edilən 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hicra Hüseynovaya hədiyyə edilən, hal-hazırda ikinci mərtəbəsi inşa edilən  min kv.m-ə yaxın  qeyri-yaşayış sahəsi  də “hədiyyələr paketinə” aiddir.

Razim Məmmədov yalnız arkitektura idarəsi ilə dil tapa bilmədi.

Belə olmasaydı, Məmmədovun pul yığanı Xalid Məmmədov, BŞİH-nin Xətai üzrə kuratoru  Nail adlı , FHN-nin işçisi Fərid adlı şəxslər  dəmir barmaqlılar arasında olmazdı.

Xalid Məmmədovun Razim Məmmədovla qohum olmasını iddia edənlər yanılırlar. Məmmədov heç vaxt yaxın qohumlarından qurbanlıq  kimi istifadə etmirdi. Onların içərisində adları çəkilənlərin heç biri- Teymur, Emin, Fizuli,  Qafur, Murtuz,və.s - Razim Məmmədovla yaxın qohum əlaqələrinə malik deyil.

Ölkə prezidenti Bakı şəhərində aparılan tikintilərin nazərətini  Arxitektura idarəsinə həvalə edəndən sonrai Bakı sanki dincəldi. Razim Məmmədov onlrala dil tap bilmədi. Çünki yeni yaradılan qurum Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə fəaliyyət göstərməyə başlamışdılar. Hər gün soyqırıma məruz qalan ağacların  da bəxti gətirdi. Yoxlamalardan sonra Bakının rayonlarında qanunsuz torpaq satışına görə Xalid kimi beş-on nəfər də cinayət məsuliyyətinə cəlb edildi. Əsas fiqurlar isə vəzifələrini itirməklə canlarını qurtardı. Razim Məmmədov da vəzifəsindən kənarlaşdırıldı. Üç il kabinetində səlahiyyətlərindən məhrum və əzab çəkən Rafiq Qiliyevin də bəxti gətirdi. Amma müvəqqəti. 

İki aydan artıqdır ki, Rafiq Quliyev öz vəzifəsini  allahtərəfi tam qüsursuz icra edir; abadlıq işləri, vətəndaşların şikayətərinin dərhal araşdırılması və qanunsuz tikintilərin tam dayandırılması. "Xocalı" tədbirinin tam qüsursuz və yüksək səviyyədə təşkil olnması bunlara bariz nümunədi. Amma Rafiq Quliyev Razim Məmmədovun nəhəngliyini və onun görünməz əl tərəfində qorunduğunu unutumş.. Ölkənin ən nüfuzli mətbu orqanı  "Müsavat.com"  "Razim Məmmədov həbs oluna bilər" yazısından sonra yüksək vəzifəyə gətirildi. Qohumları ilə birgə Xalid Məmmədovun cinayət işinə(Xalid Məmmədovu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prokurorluğa göndərdiyi materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Ona CM-in 311 (rüşvət alma), 34.312-ci (rüşvət verməyə təhrik etmə) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham verilib) görə az qala hər gün korrupsiya idarəsinə çagrılan Razim Məmmədov Əlahəzrətə sığındı.

 Prezident aparatında baş məsələhtçi.

 Yüksək etimaddır.  Görünən odur ki, Rafiq Quliyev Razim Məmmədovdan yenə  canını qurtara bilmədi. Nə qədər səlahiyyətlərinin bərpa edilməsinə nail olsa də yenə də Razim Məmmədovun əsarəti altına  düşdü. Çünki əldə etdiyimiz məlumata görə Xətainin kurasiyası  Razım Məmmədova həvalə edilib.

Quliyev unudir ki, Razim Məmmədovun təkçə Xətai rayonundakı parklarda dövlət hesabına tikdirdyi və yiyələndiyi obyektlərin qiyməti milyonlarladı. Üstəgəl özünün və qohumlarının göydələnləri. Razim Məmmədov özünü və qohumlarını qorumaq üçün əlindən gələn hər şeyi  edər  və etdi də.. Həm də Razim Məmmədovun arxasında "Sumqayıt Zaman",  "Sumqayıtın İcra Hakimiyyətinin başçısı  Zakir Fərəcov" və görünməz əl dayanır. Üstəgəl çox varlıdır. Bu güçün qabağında Rafiq Quliyevin tab gətirməsi inandırıcı görünmür.

 Əvvələr vəzifəsini  itirəcəyindən qorxan Razim Məmmədov Zərifə Əliyeva parkındakı dövlət hesabına tikdirdiyi  təkcə bir obyekti   70 min manata satışa çıxarsa da, yerini  möhkəmləndirəndən sonra onun qiyməti 350 min manata qaldırlıdı və Xətaidə parklardakı obyektlərin əksəriyyətinə sabiq başçı nəzarət edir. 

Razim Məmmədov yeni vəzifəyə təyin olunandan sonra onun rayondakı tərəfdarları sabiq başçını Ramiz Mehdiyevin köməkçisi və yenə də Xətai rayonunun icra başçısı hesab edirlər. Əlavə olaraq bildirim ki, Rafiq Quliyevin Xətai İcra Hakimyyətinin başısı olmaq istəməsini də Razim Məmmədovun yaxınları gündəmə gətirmişdi ki, birinci müavini oyundan kənar vəziyyətdə saxlasınlar. Halbuki əvvələr Quliyevin elə bir fikri olmayıb.

 

Razım Məmmədovun Xətaiyə icra başçısı təyin olnumasını hər bir Xətai sakini xatırlayır və heç bir vaxt unutmayacaq.Heç kimi saymayan yeni başçısının buçağının dalı da kəsirdi, qabağı da.. Əlindən nalə çəkən vətəndaşlar atrıq şikayətlərinin də mənasız olduqlarını düşünürüdülər. Buna əsasları da var idi; vətəndaşların bağlarını abadlıq adı ilə sökdürürdü,sabah oranı satırdı. İşıq dirəklərinin yerini yenilik məqsədi ilə dəyişdirirdi, sonradan onu yerində ev tikilirdi. Hətta binaların zibil qutuları üçün nəzərdə tutulan yerləri də satılıb.

Maraqlısı odur ki,  minlərlə qanunsuz tikintilərin aparılması bildirilən, ən çox şikayət daxil olan, minlərlə ağacın məhv edildiyi rayonun icra başçısına ən mötəbər yerdə vəzifə verilir. Necə ola bilir ki, onun əməllərinə görə üç ailənin başçısı həbsxanada gəncliyini çürüdəcək, o isə yenə öz ampulasında və öz kefindədir. Hər axşam “ERJU”-da qanunsuz tikintilərə görə vətəndaşlardan alınan milyonların “razborkası” gedir.

Razım müəllim! Bibioğlu Əvəz artıq tükənib, şəkər xəstəliyi tapıb. Xırda məbləğləri həll etsə də böyük məbləğlərin öhdəsindən gələ bilmir. Köməyə əvvələr qovduğun, amma indi daha çox ehtiyac duyduğun Teymur da gəlib. Bir az əldən iti ol, yoxsa onlar da Xalid Məmmədovun yanına gedəcək.Hər kəsi öz yerinə  qayıtmağa inandırsaz da o, borcluları yola salmağa kömək etmir.Yeni təyinatız hər kəsə batan pulların dirilməsində bir az  ümid yaradıb. Əslində mən də istəyirəm yerinə qayıdıb insanlara dəyən ziyanı heç olmasa tikintilər hesabına qarşılayasınız. Bunu yenə də  Ölkə Prezidenti bilər.

Sakinləri arasındakı gəzən şayələrdə isə Xətai Rayon İcra Hakimiyyətinin başçısı postuna Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxovun gətiriləcəyi bildirilir.

 

 T.Əhədov

Milletinsesi.az

Bənzər xəbərlər