13 : 38 17 aprel
   
Siyasət

Karapetyan Əliyev-Paşinyan görüşündən danışdı

2019-04-11 14:12 Baxılıb:   23

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş məhsuldar oldu.

Bunu Report-a Ermənistan Baş nazirinin sözçüsü Vladimir Karapetyan bildirib.

"Bundan əvvəl iki ölkənin xarici işlər nazirləri səviyyəsində bir sıra razılıqlar əldə olunmuşdu. Ancaq liderlərin görüşündə bir sıra məqamlarla bağlı fikir ayrılıqları hələ də qaldı. Bu məqamların da həll olunacağına inanırıq və sülh prosesini davam etdirəcəyik. Bz xalqımızı sülhə hazırlayırıq. Əgər baş nazir parlamentə müraciət edirsə və sülhün yaranmasının vacibliyini vurğulayırsa, bu o deməkdir ki, sülh istəyirik. Baş nazirin istəyi odur ki, erməni xalqı Azərbaycan xalqına birbaşa müraciət etsin", - o qeyd edib.

 

Bənzər xəbərlər