13 : 38 17 aprel
   
Flaş

 “Azərkosmos”a Kərim Kərimovun adı verilsin

2019-04-13 16:54 Baxılıb:   153

 “12 aprel 1961-ci il tarixdə dünyada ilk dəfə Sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1” kosmik raketdə yerin orbitini 1 saat 48 dəqiqəyə dövr etdi. Həmin tarix SSRİ dövründə “kosmonavtika günü” kimi tarixə düşdü və 12 aprel “kosmanavtika günü” kimi qeyd olunur. Bu tarixinin qeyd olunması biz azəri türkləri üçündə çox vacibdir belə ki, kosmik orbitə çıxaraq dövr etmiş Yuri Qaqarin milliyyətə rus olsa da Sovet vətəndaşı və Sovet ölkəsinin nümayəndəsi idi. Biz, Azərbaycan Respublikası həmin dövrdə Sovetlər birliyinin 15 müttəfiq respublikalardan biri idik. Sovetlər ittifaqının kosmos proqramının yaranmasına və inkişafına xüsusi  texniki və elmi töhfələr vermiş sovet vətəndaşları olan azəri türklərinin xidmətləri əvəzsizdir. 

Sovet dövrünün ən məxfi və xüsusi mühafizə olunan şəxslərin önündə olan milliyyətə azəri türkü olan Sovet Kosmik Sənaye Kompleksinin yaradıçılarından biri, Sosialist Əməyi Qəhrəmanı, Lenin, Stalin və SSRİ laureatı General-Leytenant Kərimov Kərim Abbasəli oğlunun kosmos sənayesinin inkişafında xidmətləri heç bir şəxsin xidmətləri ilə müqayisə edilə bilməz.

1960-cı ildən başlayaraq SSRİ Kosmik sənayesində də yüksək vəzifələrdə və 1966-cı ildən 1991-ci ilə kimi SSRi pilotlu kosmik raketlərin sınaq və uçuş komissiyasının sədri kimi 25 il fəaliyyət göstərmişdir.  Komissiyanın  SSRİ Elmlər Akademiyasının Prezidenti, SSRİ Müdafiə Naziri kimi digər nazirlər olmaqla 50 komissiya üzvü var idi. Eləcədə Kərimova minlərlə müəssisələr məxfi məlumatlar verirdilər. Kərim Kərimov Serqey Korolyov ilə birgə çalışmışdı. Kərim Kərimovun V.P. Mişın, V.P. Qluşko,  Y.P Semyonov kimi müavinləri olmuşdur. Bu adlara baxanda və belə şəxslərin K. Kərimovun müavini olduğunu dərk edəndə K. Kərimovun hansı ölçüdə olmasını anlamaq çətin deyil. K. Kərimov SSRİ Kosmik sənayesinin yaradıcısı və komissiya sədri kimi  bu postu ən uzun müddətə yəni 25 il tutmuş yeganə şəxsdir.

2001-ci ildə Rusiya Prezidenti V.V. Putin Kərim Kərimovun Rusiya kosmik sənayesinin və kosmonavtikasının  yaradıcısı və inkişafınada şəxsi xidmətinə görə Kərim Kərimovu “Vətənə xidmətlərinə görə” Ordeni ilə təltif etmişdir.

Müstəqiliyimiz dövründə Azərbaycan Respublikasının Prezidentinin  fərmanı ilə Azərbaycan kosmik sənayesinin inkişafına görə Kərim Kərimov “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü  seçilmişdi.

03.05.2010-cu ildə Azərbaycan Respublikasının Rezidenti İlham Əliyevin sərəncamı ilə “Azərkosmos” yaradıldı. Hal-hazırda ölkəmizdə kosmik sahədə müvəffəqiyyətli irəliləyişlər əldə etmiş  və uğurlu kosmik nailiyyətlər əldə etmişdir. Etnik azəri türklərindən ibarət bu kosmik təşkilat özünü doğrultmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqı 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib. Onların ikisi ölkənin daxili tələbləri üçün, biri isə beynəlxalq istifadə üçün nəzərdə tutulub. 08.02.2013-cü ildə Azərbaycan özünün ilk süni peykini kosmik orbitə bununla da müstəqil Azərbaycanımızın kosmik dövlətlər sırasında yer aldı. Hal-hazırda Azərbaycan  Respublikasının  fəaliyyətdə olan üç süni kosmik peyki var.

Dünyada ən məxfi və qorunan şəxslərdən biri SSRİ Kosmik Sənayesinin yaradıcısı Kərim Kərimov etnik mənşəcə azəri türküdür. Kərim Kərimov nəinki SSRİ, dünya, eləcədə  Azərbaycan kosmik sənayesinin inkişafına görə xüsusi xidmətlərə malikdir. Kərim Kərimov dünyaya kosmik sahədə heç bir kəslə müqayisə olunmayacaq səviyyəsindədir. Çox yaxşı olar ki, “Azərkosmos” dahi Kərim Kərimovun adını daşısın. Bununla biz dünya kosmonavtikasının azəri türkünün adı ilə bağlılığını göstərər və dahi həmvətənimizin şəxsinə və ruhuna ehtiramımızı bildirərik”

Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov

Bənzər xəbərlər