12 : 45 17 aprel
   
Dünya

Kəllə sümüyünə dəmir çubuq sancılan adam sağ qaldı - VİDEO

2019-04-16 17:02 Baxılıb:   6

Hindistanda 21 yaşlı bir adam başına sancılan 90 sm uzunluğundakı dəmir çubuğa baxmayaraq möcüzə nəticəsində həyatda qalıb.

Bir inşaat sahəsində təmir işləri aparan Sanjay Bahe adlı adam tarazlığını itirərək bir quyuya düşüb və başına dəmir çubuq sancılıb.

Xəstəxanaya aparılan adamın sağ gicgahından girən dəmir çubuğun beynin sol frontal zonasından çıxdığı müəyyən edilib. Həkimlər 1,5 saat davam edən əməliyyatın möcüzəvi bir şəkildə yaxşı keçdiyini və dəmir çubuğu adamın başından çıxardıqlarını bildiriblər./Moderator.az

Bənzər xəbərlər