Premyer Liqa: “Şamaxı” “Sabah”ı, “Zirə” “Səbail”i qəbul edəcək

Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.

“Report”un məlumatına görə, ilk olaraq “Şamaxı” “Sabah”ı qəbul edəcək.

Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə isə “Zirə” “Səbail”i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. “Qartallar” 48 xalla ikinci, “dənizçilər” 18 xalla sonuncu – 10-cu sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

9 mart

15:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

Şamaxı şəhər stadionu

17:30. “Zirə” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ceyhun Haşımov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.

Share: