Prezident 4 Rusiya vətəndaşını əfv etdi

Prezident 4 Rusiya vətəndaşını əfv etdi

Bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Millətin Səsi.az xəbər verir ki, sərəncamla dörd Rusiya vətəndaşı əfv olunub.

Onlar aşağdıkılardır:

Agaev Murad, 1985-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilmişdi.

Əhmədov Arif Məmməd-Kərim oğlu, 1971-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 28 dekabr tarixli hökmü ilə məhkum edilmişdi.

Xapisov Ali Asadulaeviç, 1994-cü ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 21 noyabr tarixli hökmü ilə məhkum edilmişdi.

Məmmədov Raqif Neman oğlu, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 26 dekabr tarixli hökmü ilə məhkum edilmişdi.

Share: