![](https://milletinsesi.az/wp-content/uploads/2020/03/bahar_muradova.jpg)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bahar Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
“Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin”.