
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Millətin Səsi.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci (birinci halda) və 606.2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1097 (Cild I); 2024, № 12 (II kitab), maddə 1383) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.8-ci bənddə “, 8.1.1-ci, 8.1.2-ci maddələrində, 17.3-cü maddəsində (birinci halda)” sözləri “və 17.3-cü (birinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;
3.2. 1.9-cu bəndə “Qanunun” sözündən sonra “8.1.1-ci və 8.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının,” sözləri əlavə edilsin.
4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.2-2-ci bənddə “və 7.3-cü maddəsinin birinci cümləsində” sözləri “, 7.3-cü maddəsinin birinci cümləsində, 8.1-ci (hər iki halda), 8.3-cü (ikinci halda), 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda), 8.7-ci (hər iki halda), 45.8-ci və 46.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. 5.4-cü bənddən “8.1-ci maddəsində hər iki halda,” və “8.3-cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda) maddələrində, 8.7-ci maddəsində hər iki halda,” sözləri çıxarılsın;
4.3. 5.4-1-ci bənd ləğv edilsin.
5. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanı) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 4.49-cu bənddə “603.1 – 603.3, 604, 605” rəqəmləri “603.1, 604” rəqəmləri ilə əvəz edilsin;
5.2. 4.49-1-ci bənd 4.49-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 4.49-1-ci bənd əlavə edilsin:
“4.49-1. həmin Məcəllənin 606.2.1-ci (birinci halda) və 606.2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;”;
5.3. 4.49-2-ci bəndə “Məcəllənin” sözündən sonra “603.2-ci, 603.3-cü, 605-ci,” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 12.0-cı bəndinə “Məcəllənin” sözündən əvvəl “bu Siyahının 10-cu və 10-1-ci hissələri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 75-ci hissədə “603, 605” rəqəmləri “603.1” rəqəmləri ilə əvəz edilsin;
7.2. aşağıdakı məzmunda 76-cı hissə əlavə edilsin:
“76. Məcəllənin 603.2-ci, 603.3-cü və 605-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
76.1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə həmin orqan adından – bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
76.2. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə həmin orqan adından – Xidmətin rəisi, onun müavinləri, Xidmətin müvafiq strukturlarının rəhbərləri (rəisləri);
76.3. digər hərbi vəzifəlilərə və çağırışçılara münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından – bu Siyahının 75-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.
8. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226 (Cild I); 2024, № 8, maddə 943) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 4 nömrəli əlavə – “Dövlət qulluqçusunun şəxsi vərəqəsi”nin “Hərbi qeydiyyat barədə məlumat” hissəsində “qeydiyyat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinin” sözləri “qeydiyyata alındığı dövlət orqanının” sözləri ilə əvəz edilsin.