Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədi

Azərbaycanda sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad olma müddəti 3 il artırılır.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

 

Dəyişikliyə əsasən, parkların rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarların müvafiq qaydada ölkəyə gətirdiyi texnikanın, texnoloji avadanlıqların və qurğuların gömrük rüsumundan azad olma müddətinin həmin rezidentin parklarda qeydiyyata alındığı tarixdən 7 il deyil, 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.

 

 

Mənbə

Share: