Prezident estoniyalı həmkarını təbrik etdi

Prezident estoniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

Millətin Səsi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Share: