Prezident iğtişaşlardan sonra iqamətgahına qayıtdı və…-FOTO

Prezident iğtişaşlardan sonra iqamətgahına qayıtdı və…-FOTO

Braziliya prezidenti Lula da Silva eks-prezident Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşların yatırılmasından sonra  binaya vurduğu ziyanı qiymətləndirmək üçün iqamətgahına gəlib. Bundan əvvəl Braziliya polisi səs qumbaraları və bibər qazından istifadə edərək paytaxtda nümayişçilərin zəbt etdiyi binaları nəzarətə götürüb.

Moderator.az xəbər verir ki, bu barədə “Folha” qəzeti yazır.

 

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru ölkə paytaxtında hökumət binalarına hücum edən ona dəstək verən etirazçıların qanunu pozduğunu bildirib.

 

“Hüquqi formada dinc nümayişlər demokratiyanın bir hissəsidir. Lakin bu gün baş verən qarətlər və ictimai binalara soxulmalar müəyyən edilmiş qaydanı pozur”, – deyə eks-prezident  “Tvitter” səhifəsində yazıb.

 

Məhkəmə Braziliya paytaxtının qubernatorunu talanlardan sonra vəzifəsindən uzaqlaşdırıb.

 

Xatırladaq ki, dünən – yanvarın 8-də Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun son prezident seçkilərinin nəticələrindən narazı qalan tərəfdarları ölkənin paytaxtında Konqresin binasına basqın ediblər. Polis aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Telekanal bildirir ki, dövlət çevrilişinə cəhd edən aksiyaçılar Konqresə soxulublar. Prezident Lula da Silva hazırda San-Paulu şəhərinə gedib. İğtişaşlar zamanı 400-dən çox insan həbs edilib.

Mənbə

Share: