Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.
Bu barədə Milletinsesi.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.
Təbii fəlakət nəticəsində 22 nəfər həlak olub, 1030-dan çox şəxs yaralanıb.