Prezident Mədət Quliyevə yeni vəzifə verdi – Sərəncam

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, Komissiyanın həmsədri Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri general-polkovnik Mədət Quliyevdir.

 

Share: