Düşünürəm ki, müharibəni Ermənistan dayandırmalıdır. Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələrin kağız üzərində qalması onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb.
Milletinsesi.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Almaniyanın ARD telekanalına müsahibəsində “Bu müharibəni hansı beynəlxalq güc dayandıra bilər” sualına cavabında söyləyib.
“Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar”, – deyə Prezident əlavə edib.