Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:
polkovnik Ağamir Əzizxan oğlu Sultanova
polkovnik Anar Təvəkkül oğlu Kərimova
polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə
polkovnik Zaur Sabir oğlu Məmmədova.