Prezident: Rusiya öz sərhədlərinə qayıdacaq

Prezident: Rusiya öz sərhədlərinə qayıdacaq

“Bilmirəm, Abxaziya Monako olacaq, yoxsa başqa bir şey, amma bilirəm ki, biz sizin bu gün yaşamağınızı asanlaşdırmalıyıq, sizə vətəndaşlıq sənədlərini daha asan verməliyik ki, siz Avropaya yaxınlaşasınız”.

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Abxaziya və Osetiya vətəndaşlarını Yeni il münasibətilə təbriki zamanı deyib.

 

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə vətəndaşlar çox ağır şəraitdə yaşayırlar.

 

Eyni zamanda, işğaldan danışan Prezident qeyd edib ki, hamı üçün yeni perspektiv yaranır – Rusiya, nəhayət, öz sərhədlərinə qayıdacaq və başqa ölkələrin işğalı başa çatacaq.

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin 2022-ci il üçün gördüyü işlərə dair hesabatı təqdim edərkən bildirib ki, Gürcüstana birləşəcəyi təqdirdə Abxaziya ikinci Monako, Suxumi isə ikinci Monte-Karlo ola bilər.

Mənbə

Share: