Yerli vaxtla saat 11:00-a Özbəkistanda prezident seçkilərində seçici fəallığı 33,54 faiz olub və seçkilərin baş tutması üçün zəruri həddi keçib.
Modern.az xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib.
Saat 11:00-a ölkə üzrə 6 milyon 464 min seçici səs verib.
Özbəkistanda seçkilərin baş tutmuş sayılması üçün seçicilərin 33 faizinin səsvermədə iştirakı zəruridir.