Prezidentin nümayəndəsi şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Prezidentin nümayəndəsi şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüşüb.

Əvvəlcə uşaqlar Ali Məclisin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü və iclas salonu ilə əyani surətdə tanış olublar.

Şəhid Tağı Abdullazadənin övladı, Naxçıvan şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının məktəbəqədər hazırlıq qrupundan olan Yusif Abdullazadə atasına həsr olunmuş şeir söyləyib.

Sonra səlahiyyətli nümayəndə uşaqların suallarını cavablandırıb.

Mənbə

Share: