Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyevaya yeni vəzifə verilib. O, Prezident Administrasiyasının İcra Aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib.
Onun sözlərinə görə, Səidə Mirziyoyevanın rəhbərlik edəcəyi sektor yeni yaradılıb.
Prezidentin qızı sosial, mədəniyyət və təhsil sahələrində islahatların həyata keçirilməsinə nəzarət edəcək.