Priqojin Rusiya Müdafiə Nazirliyi ilə öz hərbi təcrübəsini müqayisə edib…

Priqojin Rusiya Müdafiə Nazirliyi ilə öz hərbi təcrübəsini müqayisə edib…

“Onlar kimdir ki, general-polkovniki tənqid etsinlər? Mülki adamlardır  və buna haqqları yoxdur…”

 

“Mənim və Kadırovun mülki adamlar olduğumuzu demək gecdir, bizim döyüş təcrübəmiz onlardan daha çox və daha dərindir…”

 

“Vaqner qrupu” özəl hərbi şirkətinin təsisçisi, “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyindən öz ünvanına tənqidə münasibət bildirib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Qazeta.ru” nəşri yazıb.

 

Son zamanlar bir tərəfdən Rusiyanın peşəkar hərbçiləri, digər tərəfdən Kadırov-Priqojin tandemi arasında “mövqe müharibələri” gedir. 

 

Çeçenistan rəhbəri və “Putinin aşbazı” daima Baş Qərargahı hərəkətsizlikdə ittiham edir və iddia edir ki, onlar döyüş meydanına getməyə hazır olanları axtararaq və öz hərbi əməliyyatlarınl təşkil edərək, əsl müharibə aparır.

 

Dünən Kadırov və Priqojonin güclü tənqid etdikləri general-polkovnik Lapin Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Qərargahı rəisi təyin edilib. Bundan öncə Kadırov Lapini “fərsiz”, Priqojin isə “avara” adlandırıb.

 

Dünən Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Vladimir Boldırev Lapini tənqid edənlərin ünvanına təhdidedici tonda ifadələr işlədib. 

 

“Onu o adamlar tənqid edir ki, buna onların heç bir haqqı yoxdur. Onlar kimdir ki, general-polkoviki tənqid etsinlər? Mülki adamlardır”, – Boldırev deyib.

 

Görünür, bu da Priqojini qıcıqlandırlb və Rusiyanın “RTVi” telekanalına öz şərhində buna cavab verib.

 

“Mənim və Kadırovun heç də hərbi yox, mülki adamlar olduğumuzu demək gecdir. Mən artıq 8 ildir ki, dərin döyüş təcrübəsinə malikəm. Və bu təcrübə Müdafiə Nazirliyində on illərlə xidmətdə olanların təcrübəsindən xeyli üstündür. Düşünürəm ki Kadırovun da təcrübəsi daha çox və daha dərindir”, – Priqojin deyib.

 

Xəbər verildiyi kimi, dünən Rusiya komandanlığı general Surovikini Ukraynada Rusiya qoşunlarının komandanı vəzifəsindən kənarlaşdırıb, bu vəzifəyə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov təyin edilib.

Mənbə

Share: