Priqojin yenidən Putinlə bir arada

Rusiyada qiyama cəhd edən “Vaqner” muzdlu döyüşçülərinin rəhbəri Yevgeni Priqojinin yeri məlum olub.

 

Modern.az xəbər verir ki, o, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində fotoobyektivlərə tuş gəlib.

 

“Vaqner” rəhbərinin fotosunu Mərkəzi Afrika Respublikasının Rus Evinin rəhbəri Dmitri Siti sosial şəbəkə hesabında paylaşıb. Priqojinin Rusiya lideri Vladimir Putinlə eyni tədbirə qatılması diqqət çəkib. Lakin detallar ictimaiyyətə açıqlanmayıb.

 

 

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. “Vaqner” döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün “Vaqner”in geri çəkiləcəyini bildirib.

 

Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Mənbə

Share: