
“Vaqner”in başlatdığı hərbi qiyam Rusiya Prezidenti Vladimir Putini zəiflədib.
Modern.az xəbər verir ki, bunu “ARD” televiziyasına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.
“Mən onun zəiflədiyinə inanıram, çünki bu, avtokratik güc strukturlarında çatların olduğunu və həmişə iddia etdiyi kimi sistemin möhkəm olmadığını göstərir”, – deyə Şolts bildirib.
O, eyni zamanda Priqojinin başlatdığı üsyanla Qərbin heç bir əlaqəsinin olmadığını da söyləyib.


