”Problemli kreditlərin 44 günə həlli…”

“İlk növbədə, icazə verin, Sosial Tədqiqatlar Mərkəzində hər birinizi səmimiyyətlə salamlayaq. Biz sizinlə  müaliyyə-bank sistemi və vətəndaşlarımızın mənafelərinin birgə qorunmasına həsr olunan toplantıda müxtəlif hakimiyyət institutları-parlament, hökumət, 3-cü sektor və maliyyə-bank sisteminin təmsilçiləri ilə birgə müzakirələrə toplaşmışıq. Belə formatda görüşə təşkilati və ideya dəstəyi verdiklərinə görə Azərbaycan mərkəzi Bankına, Mediasiya Şurasına və Azərbaycan Banklar Asossiasiyasına təşəkkürlərimizi bildiririk.”

Moderator.az xəbər verir ki, bu sözləri Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, 2014-cü ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına, onun tərkib hissəsi olan maliyyə-bank sisteminə mənfi təsir etdi: “Devalvasiya-manatın xarici valyutalar qarşısında dəyər itirməsi  vətəndaşlarımızın banklarla münasibətlərində gərginlik yaratdı. Xüsusilə də əmənatlərin banklardan geri çəkilməsi qarşısında  2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbulu maliyyə sabitliyinin və dayanıqlığının əldə olunmasına kömək etdi və  institusional-hüquqi islahatlara təkan verdi. Lakin əhalinin banklarla qarşılıqlı öhdəlikləri sahəsində yaranan problemlər yalnız əmənatlərin müəyyən hissəsinin sığortalanması, aktivlərin artırılması və sairlə həll oluna bilməzdi. 2015-ci ildə ölkə üzrə kreditləşmənin həcmi rekord səviyyədə- 21,7 milyard manat təşkil etmişdi. Devalvasiyadan sonrakı iki ildə isə kredit qoyuluşunun həcmi azaldı, çünki sistem yaradıcı qurum olan Beynəlxalq Bankın kreditlərinin digər quruma ötürülməsi və bankların iqtisadiyyata pul ayırmasının məhdudlaşdırması öz təsirini göstərdi.  Xatırladaq ki, problemli kreditlər termininin daha çox işləndiyi və onun xüsusi çəkisinin artdığı zaman intervalı-2017-19 cu illərdə bank sektorunda kreditləşmənin həcmi 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, ümumilikdə, 2018-2019-cu illərdə 14,5 milyard manat təşkil edib ki, bunun da 8,1 milyard manata yaxını biznes kreditləri, 6,4 milyard manatı istehlak kreditləri olub.”

Millət vəkili qeyd edib ki, ölkə rəhbərinin siyasi iradəsi və prosesə müdaxiləsi son nəticədə, bank sektorunun tənzimlənməsinə dair mövcud qanunvericiliyə – “Bankın kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na və “Bir borcalan və ya bir-biri ilə bağlı borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları”na mühüm dəyişikliklərə, biznes kreditləri üzrə risk dərəcələrinin aşağı salınmasına, artan istehlak borclarının qarşısının alınmasına və hüquqlarının qorunmasına, klassik maliyyə alətləri ilə yanaşı, bazarda təklif olunan müxtəlif alternativ maliyyə alətlərinin meydana çıxmasına səbəb oldu: “Bəllidir ki, kreditlərin verilməsində girov mühüm tələblərdən biridir. Daşınmaz əmlak kiçik və orta sahibkarlıq aktivlərinin 24%-ni təşkil etsə də, kreditlər üçün qoyulan girovun 80 %-ə qədəri daşınmaz əmlakın payına düşür. Belə bir şəraitdə sahibkarların kreditlərə çıxış imkanlarının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri yaradıldı. Beləliklə, iqtisadi sabitliyə 2018-ci ildə nail olunsa da bank kreditlərinin faizlərinin yüksək olması qeyri-rəsmi olaraq, 200 minə çatan vətəndaşlarımızın  məhkəmə mübahisələrinə səbəb oldu. Razılaşın ki, istənilən ölkə üçün belə vəziyyət maliyyə və sosial sabitlik üçün böyük risq deməkdir. Prezident İlham Əliyevin 28 fevral 2019-cu ildə tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə bövlət büdcəsindən 323 milyon manatı bilavasitə vətəndaşlara verilmiş kreditlərin ödənilməsinə, 310 milyon manatı isə 10 gündən çox gecikdirilmiş kreditlərin bağlanmasına, bütövlükdə isə 494 milyon manatə vəsait problemli kreditlərin restruktizasiyasına yönəldildi.”

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri əlavə edib ki, 2015-ci ildə iki devalvasiya problemli kreditlərin artımını qaçılmaz etdi, belə ki, 2016-cı ilin əvvəlinə 1 milyard 508,5 milyon manat məbləğində, 2017-ci ildə 1 milyard 472,6 milyon manat, 2018-ci ildə ödəniş vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat, 2019-cu ildə 1 milyard 585 milyon manat, 2020-ci ildə ödəniş vaxtı keçən kreditlərin 1 milyard 273,1 milyon manat həddində olub: “Mərkəzi Bankın hesabatına görə, 2021-ci il mayın 1-nə Azərbaycanda 921,5 milyon manat problemli və vaxtı keçmiş kredit rəsmiləşib. Beynəlxalq təcrübəyə nəzərə salsaq, problemli kreditlərin həlli strategiyası Avropa məkanında toksik aktivlər üçün bazarın inkişaf etdirilməsi və aktivlərin idarə edilməsinə cavabdeh qurumların yaradılması nümunələri var. 2001-ci il böhranından sonra Türkiyənin problemli kreditləri 18 milyard dollar təşkil edib. 2002-ci ildə İndoneziyada mövcud onlarla bank bağlanıb, 13-ü dövlət himayəsinə götürülüb. Keçmiş sovet məkanında Qazaxıstanda 2015-ci ildən kreditlərin həlli üçün 130 milyard təngə, o vaxtkı kursla təqribən 4 milyard dollara qədər  vəsait ayrılıb. Gürcüstanda 2018-ci ildən başlayaraq, bir neçə sosial akt nəticəsində  609,5 min əhalinin 1 302 750 kredit sayına 1,5 milyard dollar yönəldilərək borcların bağlanmasına gedilib. Bank mübahisələrinin çözülməsi təcrübəsinə baxsaq, məhkəmə sistemi qarşısında bunun hansı miqyasda əlavə yük yaratdığını təsəvvürə gətirmək çətin deyil. Xatırladaq ki, ölkəmizdə 578 nəfər hakim var. Problemli kreditlərlə bağlı məhkəmə mübahisələrinin yüksək həddə çatması yalnız devalvasiya ilə bağlı deyildi, şəxslərin bankla bağlanan müqavilələri oxumaması, vahid məhkəmə təcrübəsinin yoxluğu, iddiaların müddəti, borcalanın həyatını itirməsi ilə varislik məsələsi, zaminlik sahəsində qaydasızlıq, bağlanan bankların öhdəliklərinin digər subyektlərə ötürülməsi, ər və arvadın ayrılması ilə yaranan yeni hüquqi münasibətlər, bankların iflas proseduruna başlanılması ilə bağlı ərizə və şikayətlərin tərtib olunması və s-nin hər biri müəyyən rolu inkaredilməzdir. Prezident İlham Əliyevin məhkəmə sistemində istahatlara dair iki mühüm qərarı-2017 və 19-cu illərdə imzalanan sərəncamlar bir sıra inqilabi hüquqi dəyişikliklərə və cəza sisteminin humanistləşməsinə səbəb oldu, elektron məhkəmə sisteminin yaradılmasına kömək etdi, lakin banklar və vətəndaşlar arasında mübahisələrin xarakterini, hər bir işi ayrıca deyil, bütövlükdə maliyyə və sosial-iqtisadi siyasətin effektilviyini qiymətləndirmək üçün mötəbər məlumat bazası hələ də yoxdur. Məsələn, bir xarici nümunə, 2021-ci ildə Ukrayna Ali Məhkəməsi tərəfindən kredit hüquqi münasibətlərinə dair işlər üzrə 1172 qərardad qəbul edilib. Onlardan 598-i təminat, 49-u tapşırıqların qanuniliyi, 218-i komissiya, 12-si iddia hüququnun verilməsi, 167-si tapşırıq əməliyyatları, 1302 ipoteka mübahisələri, 669 girovla bağlı qərarlar olub. Ümidvarıq ki, Ali Məhkəməyə yeni rəhbərliyin seçilməsi bütün sahələrdə, o cümlədən bank və maliyyə sektoru ilə bağlı mötəbər məlumat bazasının yaradılmasına imkan verəcək. Yalnız o halda daha obyektiv təhlillərin aparılması mümkündür. Bank Ombudsmanın yaradılması, əlbəttə müsbət hadisəydi və məhkəmə-hüquq sistemində böyük nüfuzu olan bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayıla bilərdi. Lakin “ənənələr qanunlardan üstündür” fəlsəfəsi öz təsirini göstərdiyi üçün statistik mənzərə məhkəmlər və qeyri-inzibati vasitələr arasında dinamikanı izləməyə imkan verir. Belə ki, Ombudsmana edilən müraciətlərin sayı ildən-ilə azalıb: 2017-ci ildə 165, 2018-ci ildə 150, 2019-cu ildə 89, 2020-ci ildə 55, 2021-ci ildə 31 və nəhayət, ötən il cəmisi 26 müraciət olub…Xatırladaq ki, problemli kreditlər bu ilin 1 mayına olan məlumata görə, 591.8 milyon təşkil edib. Lakin biz indi həmin rəqəmin əvvəlki ildən 0.3 faiz az, yaxud çox olması üzərində dayanmayacağıq. Müvafiq dövlət və hökumət institutları nəhayət, yarım milyard təşkil edən borc yükünün subyektləri arasında problemin birdəfəlik həlli yollarını tapacağı təqdirdə, biz o yükü ildən-ilə ötürmərik. Müzakirələrin əsas məqsədi bank və maliyyə mübahisələrinin sivil həlli yollarını tapmaq, ona rəvac verən sosial-iqtsadi, eləcə də hüquqi problemləri ortaya çıxarmaqdır.”

Millət vəkili bildirib ki, belə konfliktlər bəzən insan talelləri hesabına başa gəlir: “Məsələn, 2018-ci ilin martında Şəki sakini 64 yaşlı Səadət Həsənovanın bir bank olmayan kredit təşkilatının ofisində özünü yandırması, yaxud Gəncə sakini, Kamal Yaqubovun özünəqasd etməsi, Neftçala şəhər 4 saylı orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa oğlunun özünü yandıraraq həyatını itirməsi təkcə üzücü hadisələr deyil, eləcə də  hökumət, parlamanet və bank sisteminin, digər maraqlı təşkilatların birgə çalışmlarını tələb edir. Əlbəttə, problemli krditlərin xilasın ən yaxşı yolu ioqtisadi inkişafa nail olmaqdır. Mərkəzi Bankın yeni rəhbərliyi açıq və fərqli bir üslubda-media, 3-cü sektor və parlamentlə sıx, səmərli kommunikasyada profesional keyfiyyətlər nümayiş etdiririr. Ona görə də bu sahədə yeni yanaşamalara inam çoxdur. Bir fərqli təcrübə: Vətən müharibəsində qələbədən sonra yaradılan “YAŞAT” qurumu nümunəsinin  bank sistemi üçün də tətbiqi faydalı olardı. Belə ki, sorğumuza cavab olaraq, Yaşat İdarə Heyətinin bizə verdiyi məlumata görə, şəhid ailə üzvləri tərəfindən edilən 918, itkin ailələri üzrə 3, yaralılar üzrə 1377, beləliklə, cəmi 2298 müraciətə bütövlükdə   7 milyon 7 min 745 manat vəsait yardım edilib. Göründüyü kimi, 44 günlük Xilas və Qurtuluş hərəkatı kimi, bütün sferalarda, təhsildən səhiyyəyə 44 günlük  dönüş proqramları yeni dövlət siyasətinin əsasını təşkil edə bilər. Problemli kreditlərin 44 günə silinməsi yollarının tapılması Qarabağda böyük quruculuq işlərinə də töhfə olardı. Prezident İlham Əliyevin ali məramının və xalqa xidmət idealının belə olduğuna şübhə yoxdur.”

“Əlbəttə, beynəlxalq təcrübədə banklarla müştərilər arasında mübahisələrin mediasiya yolu ilə həlli praktikası geniş yayılıb. Məsələn, İsveçrədə “İsveçrə banklarının ombudsman fondu” 1993-cü ildən fəaliyyət göstərir və hər il 2000-ə qədər mübahisələr, yəni ümumi müraciətlərin 93 faizə  qədəri orada həll olunur. ABŞ-ın bir çox ştatlarında gecikmiş ödənişlər və ödənilməyən kreditlərlə bağlı icbari mediasiya tələb olunur. Ölkəmizdə mediasiya təsisatı yeni olmasına baxmayaraq, müxtəlif sosial həssas problemlərin həllində xeyli müsbət nəticələri var və onun təməlində daha böyük işlər görülə bilər. Fikrimizcə Bankların Mediası Şurası ilə geniş əməkdaşlığı faydalı olardı. Sosial Tədqiqatlar Mərkəzi əhalinin bank xidmətlərinə münasibıtini öyrənməyə  çalışır və dövlət-özəl sektorun xidmətlərinin keyfiyyətinin, xidmətalanların məmnuniyyətini tədqiq edərkən alternativ təsisatlara və addımlara ehtiyac olduğunu müəyyən  edib.” , – deyə Z.Oruc bildirib.

Z.Oruc yekunda xüsusi vurğulayıb ki, Vətən müharibəsində qələbədən sonra azad torpaqlara bir milyona qədər insanın Böyük qayıdışı azad torpaqlarda həm də yeni maliyyə bank siyasətinin aparılması fürsəti deməkdir: “Salınan yeni qəsəbə və kəndlərin hər birində yüzlərlə yeni filiallar və şöbələr yaradılması təkcə iqtisadi, sosial deyil, hər bir insanın təhlükəsizliyinin və rifahının qarantiyası olmaqla yeni Vətən, yeni dövlət və yeni millət quruculuğunun tərkib hissəsinə çevriləcəkOna görə də nəinki bank, eləcə də bütün sosial mübahisələri sivil yolla həll edərkən ən böyük məramımız ilk növbədə, dövlət və hakimiyyət sistemi ilə xalqımızın, bütün maliyyə-bank sistemi ilə vətəndaşlarımızın arasında etibar kreditinin, inam və həmrəylik əmənatinin ən yüksək dövriliyə çatmasını diləyir, tədbirin işinə uğurlar arzulayırıq.”

Mənbə

Share: