
Azərbaycanın Milli Müdafiə Universitetinin prorektoru təyin olunan Türkiyə Milli Müdafiə Universitetinin prorektoru prof. dr. Talat Canbolat Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi X səhifəsində paylaşım edilib.
Bildirilib ki, tərəflər Türkiyənin hərbi tələbə yetişdirmə təcrübəsinin paylaşılması və əməkdaşlıq fəaliyyətləri barədə məlumatlar ətrafında fikir mübadiləsi aparıblar.
Azerbaycan Savunma Üniversitesi Rektör Yardımcısı olarak görevlendirilen Milli Savunma Üniversitemiz Rektör Yardımcısı Prof. Dr. Talat Canbolat, Büyükelçimiz @cahitbagci’yı ziyaret ederek ülkemizin askeri öğrenci yetiştirme tecrübesi paylaşımı ve işbirliği faaliyetleri hakkında… pic.twitter.com/bK53vLUfYx
— Bakü Büyükelçiliği (@TCBakuBE) November 3, 2023