Prosineçki yenidən milli komandada

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasını çalışdıra bilər.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis yerli federasiya ilə razılıq əldə edib. O, bu vəzifədə İqor Angelovskini əvəzləyəcək.

Şimali Makedoniya seçməsi İqor Angelovskinin rəhbərliyi altında Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Robert Prosineçki 2014 – 2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun son iş yeri Türkiyənin “Denizlispor” klubu olub.

Share: