Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Bayram Bektaşa tapşırılıb. 46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Bektaş bu vəzifədə Azərbaycan millisinin sabiq baş məşqçsi Robert Prosineçkini əvəzləyib.
Qeyd edək ki, “Kayserispor” 2019/2020 mövsümünü 32 xalla sonuncu pillədə başa vursa da, Türkiyə Futbol Federasiyası çempionatda komanda sayını artırıb və Kayseri təmsilçisi əsas liqada qalıb.