PSJ-dən Neymara yeni müqavilə

PSJ futbolçusu Neymara yeni müqavilə təklif edib.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, klubun idman direktoru Leonardo braziliyalı hücumçu bununla bağlı danışıqlar aparır. 27 yaşlı oyunçunun yeni müqavilə ilə bağlı təklifə hələlik cavab vermədiyi bildirilib.

Qeyd edək ki, bu yay Neymarı “Barselona” və “Real” transfer etmək istəyirdi. Onun komandadan ayrılacağı gözlənilsə də, bu, reallaşmayıb.

Share: