PSJ-nin final oyunu təxirə salındı

PSJ və “Lion” arasında keçiriləcək Fransa Liqa kubokunun final matçı koronavirusa görə təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Görüş aprelin 4-də “Stad de Frans” stadionunda keçirilməli idi. Görüşün yeni tarixi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 1 774, ölənlər isə 33 nəfərdir. UEFA daha öncə PSJ-nin Çempionlar Liqasındakı matçının azarkeşsiz keçiriləcəyini də açıqlayıb.

Share: