
“Hər iki tərəf PUA-lardan ən müxtəlif məqsədlərə, o cümlədən kəşfiyyat məlumatlarının toplanması və döyüş əməliyyatlarında istifadə edib…”
“PUA-lar savaşı Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki aviabazalara PUA-larla zərbələr endirəndən sonra yeni mərhələyə qədəm qoyub…”
“Rusiyanın dünyada ən yaxşılarından biri hesab edilən HHM sistemləri aşıq-aydın iflasa uğrayıb…”
Müharibənin ilk günlərindən Rusiya və Ukrayna hərbi və kommersiya pilotsuz uçuş aparatlarının geniş spektrindən istifadə edir. Hər iki tərəf PUA-lardan ən müxtəlif məqsədlərlə, o cümlədən kəşfiyyat məlumatlarının toplanması və döyüş əməliyyatlarında istifadə edib. Onlar həmçinin döyüş əməliyyatlarının çətin əlçatan zonalarından reportajlar aparan jurnalistlər tərəfindən hərbi cinayətlərin sənədləşdirilməsi üçün də istifadə edilib.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
Bu texnologiyanın üstünlükləri aydındır. Dronlar Ukraynanın indiki arsenalında olan bir çox raketlərə nisbətən daha böyük təsir radiusuna malikdir. Onlar daha ucuzdur, pilotlu təyyarələrin ekipajına lazım olan hazırlıq səviyyəsini tələb etmir, Ukrayna qoşunlarını itkilər və ya ələ keçirilmək riskinə məruz qoymur.
Ukraynada müharibənin daha bir nisbətən yeni xüsusiyyəti ondan ibarətdir ki, bir çoxları mülki könüllülər tərəfindən kəşfiyyat məlumatlarının toplanması üçün idarə edilən balaca kommersiya PUA-larından geniş və kifayət qədər səmərəli istifadə edilir. Bu, Ukrayna qüvvələrinə vəziyyət haqqında məlumatlar əldə etməyə, rusiyalıların mövqelərini aşkar etməyə və qoşunların hərəkətini monitorinq etməyə kömək edib.
PUA-lar savaşı dekabrın əvvəlində Ukraynanın, hesab edildiyi kimi, Rusiya ərazisinin dərinliklərindəki aviabazalarına PUA-larla zərbələr seriyasını endirəndən sonra yeni mərhələyə qədəm qoyub. Dekabrın 10-da Rusiya
buna cavab olaraq İran dronlarından istifadə edərək Odessa şəhərinə hücum edib və 1, 5 milyon insanı elektriksiz qoyub.
Sonuncu zərbələrin əhəmiyyətini belə bir fakt sübut edir ki, ABŞ müharibəyə birbaşa cəlb edilməkdən ehtiyat edərək, Rusiya ərazilərinə hücumlarda özünün əli olduğunu inkar edir. “Biz Ukraynanın öz sərhədlərindən kənara zərbələr endirməsini təqdir etmirik”, – bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
Həqiqətən də, müharibənin gedişində NATO hərbi bloku Ukraynanın hüdudlarından kənarda eskalasiyadan yan keçməyə can atıb, buraya tədarük edilən silahların və avadanlığın elə məhdudlaşdırılmasını nəzərdə tutub ki, Kiyev onlardan Rusiya ərazisinin dərinliyinə hücumlar üçün Qərb silahından istifadə edə bilməsin. Lakin Ukrayna göstərib ki, Qərb silahı olmadan da, özünün istehsalı olan PUA-larla cəbhə xəttindən xeyli uzaqlarda yerləşən legitim hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
Ekspertlər deyir ki, PUA-ların zərbələri ən yaxşı halda rəmzi məna daşıyıb, çünki Rusiyanın hərbi potensialına güclü təsir etməyib. Eyni zamanda bu, Rusiya üçün psixoloji zərbədir və ukraynalıların düşməni öz evində vurmağa və Rusiyanın İran istehsalı olan PUA-larının hücumlarına öz PUA-ları ilə cavab vermək qabiliyyətini nümayiş etdirib.
Bir çoxları üçün gözlənilmız o olub ki, bu, Rusiyanın dünyada ən yaxşılarından biri hesab edilən hava hücumundan müdafiə sistemlərinin açıq-aydın iflası deməkdir. Ehtimal ki, rusiyalı hərbçilər həddən artıq rahat olub, güman edib ki,
öz ərazisində müdafiə savaşı aparan Ukraynanın diqqətini hücum əməliyyatlarına ayırmağa imkanı qalmayacaq.
“The Financial Times”in müdafiə idarələrinin nümayəndələrinə istinadən yazdığına görə, hücumların uzunmüddətli nəticələrindən biri Rusiya Silahlı Qüvvələrinin ölkə daxilində səpələnməsi ola bilər ki, bu da onları qorumağa kömək edəcək, amma əməliyyatların aparılmasını çətinləşdirəcək. Sentyabr ayında Rusiyanın Qara dəniz donanması öz sualtı qayıqlarının bəzilərini Ukrayna zərbələri üçün hədəfə çevriləcəyindən ehtiyatlanaraq Rusiyanın ilhaq etdiyi Krımda yerləşən limanından 300 km şərqə, Novorossiyskə, Rusiyanın qitə hissəsinə yerdəyişmə edib.
Əgər Moskva cəbhədən uzaqlarda həlledici hədəflərin müdafiəsinə az hərbi resurslar ayırmağa məcbur olarsa, bu, Rusiyanın qanunsuz ilhaq etdiyi Ukrayna torpaqlarının müdafiəsi üçün imkanlarını daha da məhdudlaşdıracaq, eyni zamanda onun Donbasın yeni ərazilərinin ələ keçirilməsi üzrə indiki səylərinin intensivliyinin eskalasıyasını törədəcək.
Eyni zamamda, Kreml öz hücumlarını gücləndirə bilər, bu da öz növbəsində gözlənilməz nəticələr verə bilər. NATO-nun baş katibi Yens Stoltenberq bu yaxınlarda deyib ki, Ukraynada müharibə nəzarətdən çıxa bilər və Rusiya ilə Qərb arasında tammiqyaslı qarşıdurmaya çevrilə bilər. “Əgər hər şey başqa cür cərəyan edərsə, dəhşətli cərəyan edə bilər”, – bunu o, Norveçin NRK teleradioşirkətinə müsahibəsində deyib.
Müəllif: Aleksandra Appelberq