
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan Rusiyadan sifariş verdiyi və pulunu ödədiyi silah-sursatı ala bilmir.
Bir nüddət öncə jurnalistlər parlamentdə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryandan Rusiyadan silahların niyə göndərilmədiyini, bundan sonra gəlib-gəlməyəcəyini, pulun qaytarılıb-qaytarılmayacağını soruşublar.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Bəli, Ermənistana həqiqətən də silahlar gəlməyib. Məsələnin aydınlaşdırılması üçün işlər gedir və biz o işləri davam etdirməyə çalışırıq. Bu açıqlamaya əlavə edəcəyim heç nə yoxdur. Bağışlayın, ətraflı məlumat verə bilmərəm… Bəli, pul verilib, lakin silahlar gəlməyib” – Mnatsakan Səfəryan belə cavab verib.
Jurnalistlərin “Rusiyada silah-sursat çatışmazlığı problemi olduğundan sözügedən silahlar Ermənistana çatdırılmır, yoxsa Rusiya hakimiyyətinin başqa səbəbdən bu barədə siyasi qərarı var?” sualını isə Səfəryan bu cür cavablandırıb: “Deyə bilmərəm…”
Sultan Laçın


