Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə rəsmi səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi Ankaradakı mənbələrinə istinadən məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya və Türkiyə prezidentləri bir neçə gün əvvəl telefon danışığı zamanı yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
Hələlik görüşün dəqiq tarixi məlum deyil.
“Görüşün harada və nə vaxt keçiriləcəyi prezidentlərin iş qrafikinə uyğun razılaşdırılır. Biz belə görüşə hazırlaşırıq”, – Peskov vurğulayıb.