Rusiya üçün yaxın dövlətlər arasında hər hansı münaqişənin olması ciddi narahatlıq doğurur.
Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına dəstək vermək istəyir.
“Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq. Rusiyanın vasitəsi ilə ikitərəfli komissiya çərçivəsində birgə işlər görülür”, – deyə Rusiya Prezidenti vurğulayıb.